İranın Kürdüstan əyalətində gərginlik pik həddə çatıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, gərginliyin artmasına əsas səbəb qızlar məktəbində kimyəvi zəhərlənmə halları olub. Bildirilir ki, qızların valideynləri ilə güc strukturları arasında toqquşma yaşanıb.
Nəticədə etirazçılar məktəbdən İran bayrağını sökərək, ali dini lider Əli Xameneinin əleyhinə şüarlar səsləndiriblər.
Qeyd edək ki, adı çəkilən bölgədə son kimyəvi zəhərlənmədən 47 nəfər zərər görüb. Onlardan 20-nin vəziyyəti ağır olaraq qalır.
- Dünya Çempionatında - “Qırmızı rekord” - Fotolar
- Dünyanın ilk trilyonçusu oldu
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı