Ötən ay Azərbaycana 136 505 nəfər gəlib.
BUTA.TV xəbər verir ki, Dövlət Turizm Agentliyinin məlumatına əsasən, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz çox olub. Belə ki, ötən ilin martında ölkəyə 95 844 nəfər səfər edib. Bu ilin üç ayı ərzində isə ölkəyə gələnlərin sayı 369 072 nəfər təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (246 277 nəfər) 50 faiz çox olub.
Ötən ay gəlmə sayına görə Rusiya (43 966), Türkiyə (30 396), İran (12 123), Gürcüstan (7476) və Hindistan (6766) ilk beşlikdə yer alıb. Keçən ilin ilk üç ayı ilə müqayisədə bu ilin müvafiq dövründə İrandan gələnlərin sayında 6 faiz azalma qeydə alınıb.
Gəlmə sayına görə 2022-ci illə müqayisədə ən çox artım Şimal-Şərqi Asiya (233%), Cənubi Asiya (228%), Mərkəzi Asiya (212%) və Cənub-Şərqi Asiya (183%) regionunun payına düşüb.
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video
- Azərbaycan şirkətləri Monteneqroda 1 milyard dollar investisiya qoyub
- Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - Video