Rusiya qoşunları Ukraynanın yaşayış məntəqələrinə getdikcə daha tez-tez aviabombalarla hücumlar etməyə başlayıb.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.
O bildirib ki, rusların aviabombalarla daha çox hücum etməsinin səbəbi yüksək dəqiqliyə malik və müasir raketlərin olmamasıdır:
"İndi rusların kifayət qədər İsgəndər-M və “Kalibr” raketləri yoxdur. Lakin Rusiyanın hələ də kifayət qədər S-300 raketi var".
Romanenkonun sözlərinə görə, düşmən anlayır ki, ona daim düşmənə təzyiq etmək, Ukrayna hədəflərini vurmaq lazımdır:
"Əvvəllər işğalçılar enerji infrastrukturu obyektlərinə hücumlara diqqət yetirirdilər, lakin onların planı iflasa uğradı".
- Dünyanın ilk trilyonçusu oldu
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video