Bu yaxınlarda sosial şəbəkələrdə bir yeniyetmənin uşaq evi ilə bağlı problemləri mətbuatda işıqlandırıldı. Amma dövlət qurumları bu məsələ ilə bağlı adekvat davranmadılar.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin plenar iclasında deyib.
“Sonda isə cəmiyyət gördü ki, problemi aidiyyəti dövlət qurumları yox, hansısa televiziya kanalının aparıcısı həll etdi. Müvafiq qurumlar belə məsələlərə qarşı həssas və diqqətli olmalıdır”, - deputat əlavə edib.
Qeyd edək ki, bir müddət öncə Bakıdakı 3 saylı Uşaq Evində saxlanılan yeniyetmə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. MTV telekanalının aparıcısı Tolik uşaq evinə gedərək yeniyetmə ilə direktor Məhbubə Hüseynovanı barışdırmışdı.
- Dünya Çempionatında - “Qırmızı rekord” - Fotolar
- Dünyanın ilk trilyonçusu oldu
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı