Sənət adamlarının 2006-cı ildən aldığı qonorar 60 manatdır. Həmin ildə bəlkə də bu rəqəm düzgün idi. Amma indi 60 manata aktyor ailə saxlaya bilərmi?!
Kult.az Report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, əməkdar artist Nicat Kazımov "Azərbaycan teatrı – 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib.
N.Kazımov mükafat və fəxri adların yaşa görə verilməməli olduğuna bir daha diqqət çəkib:
"Adlar sənətdəki xidmətlərə görə olmalıdır. İllərlə səhnəyə çıxmayan adama fəxri ad verilir. Bu necə olur?! 95 yaşı olan Gənc Tamaşaçılar Teatrı və 92 yaşı olan Kukla teatrının Akademik statusu yoxdur. Axı niyə?! Bəyəm həmin teatrlarda işləyənlər daha az əziyyət çəkir və az tamaşa oynayır?! Bu, birbaşa teatr işçilərinin dolanışığı ilə bağlı olan məsələdir. Bu səbəbdən nəzərə almağınızı xahiş edirəm".
Azərbaycan şirkətləri Monteneqroda 1 milyard dollar investisiya qoyub
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video