Aprelin 12-də Mərkəzi Seçki Komissiyasının Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasında əvvəlcə Komissiyanın 6 fevral 2023-cü ildə keçirilmiş iclasının protokolu təsdiq edilib.
Mərkəzi Seçki Komissiyasından BUTA.TV-a verilən məlumata görə, daha sonra bir sıra seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması məsələsinə baxılıb.
Aparılan müzakirələrdən sonra 9 saylı Binəqədi ikinci, 13 saylı Xəzər-Pirallahı, 61 saylı Neftçala, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Beynəlxalq qurum və media orqanları nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
- Azərbaycanda duru yağlar qazanda niyə tez “buxarlanır”?
- “O xəbəri alanda bütün qonşulara 20 manatdan pul payladım” - Videomüsahibə
- Dünya Çempionatında - “Qırmızı rekord” - Fotolar
- Dünyanın ilk trilyonçusu oldu
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar