Bakıda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-Prisinin başlamasına saylı günlər qalmış, trekin əhatə edəcəyi ərazilərdə mənzillərin kirayə qiymətləri yüksəlib.
BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Neftçilər və Azadlıq prospektləri, eləcə də Xəqani, Rəşid Behbudov və İstiqlaliyyət küçələrində yerləşən binalarda mənzillərlə yanaşı, yarışı izləmək üçün kirayə verilən eyvanların da qiymətlərində artım var.
Əmlak eksperti Nofəl Quliyev bildirib ki, eyvanların kirayə qiyməti yerləşdiyi küçədən asılı olaraq dəyişir.
Rieltor Elmar Məmmədov də deyir ki, Formula-1 yarışını izləmək üçün yarış zolağının əhatə etdiyi binaların eyvanlarını kirayələmək istəyənlərin sayı artıb.
Ekspertlərin sözlərinə görə, yarış zolağı boyunca yerləşən binalarda mənzil kirayələmək istəyənlərin sayı eyvanlarla müqayisədə azdır. Buna rəğmən əvvələr neftçilər prospektində yerləşən binalarda mənzil kirayəsi 1000-1200 manata idi, indi isə qiymət 1500-2000 manat arasında dəyişir.
Daha ətraflı süjetdə:
- Azərbaycanda duru yağlar qazanda niyə tez “buxarlanır”?
- “O xəbəri alanda bütün qonşulara 20 manatdan pul payladım” - Videomüsahibə
- Dünya Çempionatında - “Qırmızı rekord” - Fotolar
- Dünyanın ilk trilyonçusu oldu
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar