İnanmaq çətindir ki, Azərbaycan əsgəri üç gün ərzində Ermənistan ərazisində diqqətdən kənarda qala bilsin və Qarakilsədən Qafana gedə bilsin.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin “Ermənistan” fraksiyasından olan deputatı Geqam Manukyan deyib.
“Bu hadisə özlüyündə görünməmiş biabırçıdır”, - deputat bildirib.
Qeyd edək ki, Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraiti nəticəsində itkin düşən əsgərimiz Aqşin Bəbirov aprelin 10-dan 11-nə keçən gecə Zəngəzur (Sünik) mahalının Bnunis kəndiədn bir evin qapısını döyərkən, Hüseyn Axundov isə 13 apreldə Açanan (Qafan) kəndi yaxınlığında saxlanılıb. H.Axundovun saxlanılarkən dəhşətli işgəncələrə məruz qaldığı ilə bağlı görüntüləri ermənilər özləri yayıb.
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- Azərbaycanda qadın evində baltalanaraq öldürüldü
- Bakıda 66 yaşlı kişi dənizdə boğuldu
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi