Akademik Milli Dram Teatrının bədii rəhbəri, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətovun vəfatından sonra onun yerinə xalq artisti Hacı İsmayılovun təyin olunması ilə bağlı məlumat yayılıb.
Kult.az xəbər verir ki, xalq artisti Globalinfo.az-a açıqlamasında xəbəri təkzib edib:
“Xeyr, rəhbər təyin olunmamışam, yazılanlar şayiədir. Mən Teatr Xadimləri İttifaqında onun müavini olmuşam. Dünən də idarə heyyətinin iclası keçirildi, qərara əsasən, yenə də müavin vəzifəsində çalışacağam. Sadəcə, sədrin vəzifə səlahiyyətlərini mən icra edəcəyəm. Kimin sədr seçilməsinə isə Mədəniyyət Nazirliyi qərar verir”.
Qeyd edək ki, Azərpaşa Nemətov aprelin 9-da, 75 yaşında dünyasını dəyişib. Xalq artisti İkinci Fəxri xiyabanda dəfn olunub.
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi
- Xaçmazda əməliyyat: saxlanılanlar var - Foto
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət