Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Bakı və İrəvana Rusiyada sülh müqaviləsi üçün yeni görüş keçirilməsi haqqında təklif irəli sürdüyünü və Azərbaycanın bu təklifi qəbul etdiyini bildirib. Bəs bu görüş nə vaxt baş tutacaq?
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindən görüşlə bağlı hər hansı bir təsdiqin olmadığı bildirilib.
“Hazırda bu barədə məlumat yoxdur. Bilirsiniz ki, Moskva görüşü ötən ilin dekabr ayına nəzərdə tutulmuşdu. Lakin Ermənistan tərəfi dekabrın 23-də Moskvada nəzərdə tutulmuş görüşdən imtina etdi. Rusiya elə o vaxtdan görüşün təşkil olunmasına çalışır. Amma hər hansı bir razılıq, tarix, məkan, format bəlli deyil. Bu, xarici işlər nazirləri səviyyəsində bir görüşdür.
Azərbaycan heç vaxt görüşlərdən imtina etmir, daim danışıqlara hazırdır və bunu özümüz təşviq edirik. Zaxarovanın hər iki tərəfin razı olması xəbərinə bir söz deyə bilmərik. Bizə razılıqla bağlı heç bir məlumat daxil olmayıb”, – məlumatda vurğulanıb.
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi
- Xaçmazda əməliyyat: saxlanılanlar var - Foto
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət