Pentaqonun məxfi sənədlərini “sızdırmaqda” şübhəli bilinən ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Cek Teyşeyra saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Amerika mətbuatı video yayıb.
“Teyşeyra son bir neçə ay ərzində gizli sənədləri “sızdıran” kiçik bir onlayn oyun qrupunun lideri olub. “Sızma” haqqında ilk məlumat aprelin 7-də yayılıb. Martın əvvəlinə aid “sızdırılmış” sənədlərdə, xüsusən, NATO-nun Ukrayna qoşunlarını gücləndirmək planları haqqında məlumatlar yer alıb.
Teyşeyranın dostu mediaya bildirib ki, o, Rusiya-Ukrayna müharibəsi başlayandan dərhal sonra məxfi məlumatları yaymağa başlayıb. Eyni zamanda zabit materialları göstərdiyi şəxslərə etibar edə biləcəyinə inanıb və sənədlərin serverdən kənara “sızmayacağı” ilə bağlı onlarla razılaşıb”, - məlumatda deyilir.
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi
- Xaçmazda əməliyyat: saxlanılanlar var - Foto
- Bəzi ərazilərə leysan yağır
- Saqqızda 21 yaşlı gənc minaya düşdü
- Əliyev Putini təbrik etdi
- Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət