İstanbul Film Festivalında Güney Azərbaycanın mərhum kino rejissoru Əsgər Yusifinejadın son işi olan Azərbaycan dilində çəkilmiş “Qolçaq” filminin yaradıcı heyəti təltif edilib.
Kult.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Mərasimdə mərhum rejissorun həyat yoldaşı, “Qolçaq” kinolayihəsinin sərmayəçisi Səfiyə Aslani iştirak edib.
Bununla yanaşı, aprelin 18-də filmin rejissoru Əsgər Yusifinəjadın İstanbulda anım mərasiminin keçiriləcəyi bildirilir.
Xatırladaq ki, rejissor Yusifinejad “Qolçaq”dan öncə Azərbaycan dilində çəkdiyi “Ev” filmi ilə güneylilərin rəğbətini qazanıb. Onun 42-ci İstanbul Film Festivalında nümayiş etdirilən “Qolçaq” filmi isə Azərbaycan dilində çəkildiyinə görə İranda baş tutan Beynəlxalq Fəcr Film Festivalına buraxılmayıb.
- Bu rayonlarda ehsan ləğv olunub - Siyahı
- Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib?
- Deputatdan blogerlərlə bağlı təklif: Diplomu olmalıdır!
- Hadrut və Qırmızı Bazara növbəti köç oldu - Foto
- Xüsusi qabiliyyət imtahanlarına start verilir
- "Qurtuluş"un rəhbəri hakim qarşısında...
- Məcburi köçkün statusu yenidən tənzimlənir
- Yaş məhdudiyyəti: yeni cərimələr müəyyənləşir