Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarına müraciətində bildirilib.
Türkiyə Respublikasında ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan AR vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilmişdir.
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı
- “Sədərək”də biznesmen bıçaqlandı
- Bakı metrosu ilə bağlı 180 milyonluq müqavilə... - Foto
- Bakının bu ərazisində yanğın başladı - Video
- Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi
- Bu mərkəzin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olundu