Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri açıqlanıb.
Elm və Təhsil Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən aprelin 21 və 22-si Ramazan bayramı günləri müəyyən edilib.
"Bu səbəbdən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir. Həmin qərara əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 25 apreldir. Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində isə bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 24 aprel tarixləridir", - məlumatda bildirilib.
Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı
- “Sədərək”də biznesmen bıçaqlandı
- Bakı metrosu ilə bağlı 180 milyonluq müqavilə... - Foto
- Bakının bu ərazisində yanğın başladı - Video
- Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi
- Bu mərkəzin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olundu