ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycanla sülh müqaviləsi imzalaması üçün İrəvana təzyiq etməlidir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Hudzon İnstitutunun Yaxın Şərq Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran “Voll Strit Jurnal” qəzetindəki məqaləsində qeyd edib.
“Dövlət katibi Entoni Blinken bu həftə Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu iki ölkə arasında sülh müqaviləsi bağlamaq üçün qəbul edib. Bu, Vaşinqtonun vasitəçilik rolunun əhəmiyyətli dərəcədə genişlənməsidir və təqdirəlayiqdir. Bundan əvvəl, ötən ilin noyabrında Blinken Bayramov və Mirzoyanı qəbul etsə də, bu dəfə o, qonaqları salamlamaqla yanaşı, həm də onları bir-biri ilə birbaşa ünsiyyət qurmağa dəvət edib”, - məqalədə bildirilib.
Müəllif qeyd edir ki, Fransa Prezidenti Emmanuel Makron Cənubi Qafqazda diplomatiyaya böyük diqqət yetirir, onun səyləri birmənalı olaraq Azərbaycana deyil, Ermənistana faydalıdır:
“Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımayana qədər problem həll olunmayacaq. Amma Ermənistan Baş naziri Nikol Paşinyan belə bir addıma hazır görünmür. İrəvan yenidən düşünsə, ABŞ və müttəfiqləri Qarabağda ermənilərin rifahını təmin etmək üçün onunla və Bakı ilə əməkdaşlıq edə bilər. Təəssüf ki, senator Bob Menendez və nümayəndə Adam Şiff kimi ABŞ-dakı erməni icmasının bir çox nüfuzlu dostları İrəvana bu istiqamətdə təzyiq etməkdən imtina edirlər”.
- Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır
- Çində Azərbaycan binaları tikən İbrahim Cahangiri kimdir?
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə Ümumrespublika Seminarı keçirilmişdir.
- Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi
- Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı
- Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...