Türkiyənin “Beşiktaş” futbol klubu “Sabah”ın xeyriyyə matçı üçün sosial şəbəkə hesabındakı paylaşımına cavab verib.
BUTA.TV xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi feysbuk səhifəsi vasitəsilə etdiyi paylaşımda “Sabah”ın dəvətini qəbul etdikləri bildirilib. “Beşiktaş” “Sabah”ın türkcə paylaşımına Azərbaycan dilində cavab verib:
“Salam can qardaş. Dəvətiniz üçün çox təşəkkür edirik. Azərbaycandakı qardaşlarımızla zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə keçiriləcək matç üçün Bakıya gəlməkdən böyük sevinc hissi duyarıq”.
“Sabah” isə daha əvvəl türkcə bu sözləri paylaşmışdı: “Türkiyənin 120 illik çinarı, böyük “Beşiktaş”! Zəlzələdən əziyyət çəkənlər üçün təşkil olunacaq dostluq matçında sizi Bakıda qonaq etməkdən qürur duyarıq”.
Qeyd edək ki, Türkiyədə dəhşətli zəlzələdən zərərçəkənlərə yardım məqsədilə “Sabah”la “Beşiktaş”ın Bakıda xeyriyyə matçı keçirməsi nəzərdə tutulub. Görüşün mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacağı planlaşdırılıb.
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniya Kabo-Verdeyə qarşı - Yenilənir
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
- “O, intriqa yaratmağı çox sevir” - Hər an DÇ-də ola bilər
- Sərnişin avtobusu “Renc Rover”lə toqquşdu: yaralılar var
- 20 ildir ki, o kuboku istəyir... - Fotolar
- Sumqayıtda əməliyyat: qadın saxlanıldı