Ukrayna hücuma zərər verə biləcək məxfi məlumatların “sızmasının” qarşısını almaq üçün yaz əks-hücumunun təfərrüatını müttəfiqlərindən gizlədir.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” Ukraynanın hərbi rəhbərliyi ilə təmasda olan iki avropalı rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-ın məxfi sənədlərinin “sızması” səbəbindən Kiyev əks-hücum barədə məlumat verməkdən çəkinir:
“Xüsusilə, Kiyev əks-hücumun vaxtı, hara və neçə hərbçinin köçürülməsinin planlaşdırıldığı barədə məlumatları bölüşmür”.
Pentaqonun sözçüsü isə nəşrə bildirib ki, heç bir dəyişiklik baş verməyib və Vaşinqton və Kiyev hələ də eyni səviyyədə məlumat mübadiləsi aparırlar:
“Ukraynanın ABŞ-dan nəyisə gizlətdiyinə dair heç bir əlamət yoxdur”.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Kirbi qeyd edib ki, ukraynalılardan ABŞ-a əvvəlcədən nəsə demələri tələb olunmur:
“Amerika və Ukrayna rəsmiləri gündəlik təmasdadırlar, ona görə də Vaşinqton çox şeyi təxmin edə bilir. ABŞ Ukraynanı real vaxt rejimində kəşfiyyat məlumatları ilə təmin etməkdə davam edir. Əvvəlcədən xəbərdar olub-olmayacağımıza diqqət yetirmirik. Biz diqqətimizi onların ehtiyacları olan hər şeyə sahib olduqlarına əmin olmağa yönəldirik”.
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniya Kabo-Verdeyə qarşı - Yenilənir
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
- “O, intriqa yaratmağı çox sevir” - Hər an DÇ-də ola bilər
- Sərnişin avtobusu “Renc Rover”lə toqquşdu: yaralılar var
- 20 ildir ki, o kuboku istəyir... - Fotolar
- Sumqayıtda əməliyyat: qadın saxlanıldı