ABŞ bu prosesə və Cənubi Qafqazda dinc gələcəyə doğru irəliləməyə sadiq qalır. İnanırıq ki, birbaşa dialoq problemlərin həlli üçün açardır, lakin mən hadisələri qabaqlamaq istəmirəm.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı xarici işlər nazirlərinin ABŞ-da görüşü haqda jurnalistlərin suallarını cavablandırarkən deyib.
Danışıqlarda hər iki ölkənin nazirlərindən başqa kimlərin iştirak etdiyi ilə bağlı suala cavab olaraq Patel qeyd edib ki, bir sıra amerikalı diplomatlar bu məsələ ilə fəal məşğul olurlar:
“Cənubi Qafqaz danışıqları üzrə baş məsləhətçi Lui Bono təkcə bu görüşlərdə vasitəsilə deyil, həm də Cənubi Qafqazda daimi fəaliyyəti ilə bu prosesdə dərindən iştirak edib. Bilirsiniz ki, Dövlət katibi Blinken dünən səhər plenar iclasda olub və bazar günü axşam hər iki naziri şam yeməyinə dəvət edib. Buna görə də biz fəal iştirak etməyə davam edəcəyik”.
- Qətiyyətli Lider!
- Bayrama görə verilən pul kimə, necə veriləcək? - Dəqiq izah
- Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır
- Çində Azərbaycan binaları tikən İbrahim Cahangiri kimdir?
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə Ümumrespublika Seminarı keçirilmişdir.
- Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi