Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.
İki ölkə arasında münasibətlərlə bağlı proqnozlaşdırmanın çox mürəkkəb olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:
“Biz İran rəsmilərindən bəzi məktublar almışıq. Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin, birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq. Bir daha deyirəm ki, bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik”.
- Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər+ Video
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniyadan gözlənilməz xal itkisi - Yenilənib
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
- “O, intriqa yaratmağı çox sevir” - Hər an DÇ-də ola bilər
- Sərnişin avtobusu “Renc Rover”lə toqquşdu: yaralılar var
- 20 ildir ki, o kuboku istəyir... - Fotolar