Türkiyənin şimal-qərbindəki İznik gölündə aparılan tədqiqatlar zamanı əsrlər boyu suyun altında qalan tarixi artefaktlardan ibarət xəzinə tapılıb.
Kult.az xəbər verir ki, bu il dünyaca məşhur tarixi şəhər olan və UNESCO-nun müvəqqəti İrs Siyahısına daxil edilən İznikin yeni siyahıya əlavə ediləcəyi gözlənilir.
Bu yaxınlarda İznik gölünün sahilində gəzintiyə çıxan cütlük qeyri-adi xəzinə ilə qarşılaşıb. “Arkeonews” nəşri yazır ki, bu, üzərində İsa peyğəmbərin təsviri və relyef yazıları olan 2 min illik sikkədir. Təsadüfi tapıntı yerli sakinlərin böyük marağına səbəb olub və sonradan həmin rayonda daha bir neçə qədim sikkə tapılıb.
Ekspertlər hesab edirlər ki, sikkələrin mənbəyi nə vaxtsa İznik gölünün dibində olmuş və 2014-cü ildə suyun üzərinə qalxmış tarixi bazilikadır.
Sikkəni həyat yoldaşı və uşaqları ilə gölün sahilində gəzintiyə çıxan İsmayıl Yıldırım adlı sakin tapıb və onun tarixi əhəmiyyətə malik olduğunu başa düşərək dərhal İznik Arxeologiya Muzeyinə təhvil verib. Ekspertizadan sonra muzeyin əməkdaşları sikkələrdən birinin ellinist dövrünə aid olduğunu təsdiq ediblər. Üzərində İsa peyğəmbərin təsviri olan sikkə isə IX əsrə aiddir.
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!
- Bayrama görə verilən pul kimə, necə veriləcək? - Dəqiq izah
- Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır
- Çində Azərbaycan binaları tikən İbrahim Cahangiri kimdir?
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə Ümumrespublika Seminarı keçirilmişdir.
- Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?