Rusiyalı müğənni Alla Puqaçova Ukraynadakı müharibəni tənqid etdiyinə görə üzr istəsə, bağışlana bilər.
Kult.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Mədəniyyət Komissiyasının üzvü Sergey Solovyov deyib.
“Mən çox istərdim ki, Puqaçova xüsusi əməliyyatla bağlı dediyi mənfi sözlərə görə üzr istəsin”, - o bildirib.
Solovyov qeyd edib ki, müğənninin üzr istəməsi cəmiyyət tərəfindən tövbə kimi qəbul edilə bilər:
“Bu halda müğənnini bağışlamaq olar”.
Qeyd edək ki, Puqaçovanın Moskvaya gəldiyi barədə məlumat yayılıb. Onun gəlişinin məqsədi mərhum modelyer Valentin Yudaşkinlə vida mərasimində iştirak etməkdir.
Xatırladaq ki, Puqaçova Rusiya-Ukrayna müharibəsi başlayandan qısa müddət sonra Rusiyadan İsrailə köçüb.
- Misir Belçikanı məğlub edir - Yenilənir
- “Hələlik yekun razılaşma formalaşmayıb”
- Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər+ Video
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniyadan gözlənilməz xal itkisi - Yenilənib
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
- “O, intriqa yaratmağı çox sevir” - Hər an DÇ-də ola bilər