Azərbaycanın Xarici İşlər Nazirliyi Kurram şəhərində baş verən atışma ilə bağlı əlaqədar Pakistana başsağlığı verib.
BUTA.TV xəbər verir ki, nazirliyin Tvitter hesabında bununla bağlı edilən paylaşımda deyilir:
“Pakistanın Kurram şəhərindəki məktəbdə baş verən atışma ilə bağlı xəbər bizi sarsıtdı və dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik. Bizim həmrəyliyimiz və dəstəyimiz qardaş və dost Pakistan İslam Respublikası ilədir”.
- Azərbaycanda Məhərrəm ayı başladı
- Belçika - Misir matçında qalib müəyyənləşmədi - Video-Yenilənib
- “Hələlik yekun razılaşma formalaşmayıb”
- Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər+ Video
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniyadan gözlənilməz xal itkisi - Yenilənib
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq