Tiflisin Qoqebaşvili küçəsində baş verən silahlı atışma nəticəsində bir nəfər öldürülüb, ilkin ehtimala görə 2 nəfər də xəsarət alıb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanları “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başladılıb.
Yerli medianın məlumatına görə, silahlı olay kriminal çəkişmələrlə bağlıdır.
Belə ki, qətlə yetirilən, yaşı 40-dan az olan şəxs 90-cı illərdə fəaliyyət göstərən “Veris Sadzmo” (Veri Qardaşlığı) kriminal qrupunun üzvü Qiço ləqəbli Givi Marqvelaşvilini evinin yaxınlığında gözləyirmiş.
Marqvelaşvilinin özü mühafizəçilərlə birlikdə hərəkət edib və mühafizəçilərdən biri cavab atəşi açıb.
Atışma nəticəsində “Qiço”nun özü və təsadüfi şəxs yaralanıb.
- Azərbaycanda Məhərrəm ayı başladı
- Belçikadan bərabərlik qolu - Yenilənir
- “Hələlik yekun razılaşma formalaşmayıb”
- Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər+ Video
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniyadan gözlənilməz xal itkisi - Yenilənib
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq