“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu lənətləyib.
BUTA.TV xəbər verir ki, Priqojin öldürülmüş vaqnerçilərin meyitlərini göstərərək cəbhədə silah-sursat çatışmazlığından şikayətlənib.
“Bizdə sursat çatışmazlığı var. Şoyqu, Gerasimov, sursat hardadır? Bahalı klublarda oturursunuz məxluqlar. Övladlarınız əylənir, Yutubda videolar çəkirlər. Düşünürsünüz ki, siz bu həyatın ağalarısınız və onların (cəsədləri göstərir-red.) həyatı ilə oynamağa hüququnuz var. Elementar hesablamalar var - sursat normasını versəniz, beş dəfə az ölü olar. Onlar burada könüllü olublar və sizin kabinetlərinizdə kökəlməyiniz üçün ölürlər”.
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!