“Nemezis” abidəsinin qoyulması qərarını yerli özünüidarəetmə qurumu qəbul edib, bu qərar Ermənistanın xarici siyasətinin təzahürü kimi qəbul edilməməlidir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyədə yerli jurnalistlərlə görüşündə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Təəssüf ki, abidənin qoyulması Türkiyədə belə reaksiyaya səbəb oldu, mən türk həmkarımla bu məsələni müzakirə etdim. “Nemezis” abidəsinin qoyulması qərarını yerli qurum qəbul edib, bu qərar xarici siyasətin təzahürü kimi və ya Ermənistanın qonşuluqdan kənar addımı kimi qəbul edilməməlidir. Ermənistanın xarici siyasətini baş nazir və xarici işlər naziri həyata keçirir və hamınız bu səviyyədə qərarların şahidisiniz”, - Simonyan bildirib.
Onun sözlərinə görə, Ermənistan münasibətləri normallaşdırmaq niyyətində tamamilə səmimidir:
“Biz başa düşməliyik ki, yol asan olmayacaq. Ancaq buna baxmayaraq, biz irəli getməliyik. Ümid edirəm ki, türkiyəli tərəfdaşlar da irəliləyəcəklər və biz bu tarixi fürsətdən yararlanaraq, özümüz və region üçün yeni səhifə açacağıq”.
Qeyd edək ki, türk diplomatları qətlə yetirən “Nemezis” terror hərəkatına heykəl qoyulmasından sonra Türkiyə Ermənistandan Avropaya uçuşlar üçün hava məkanını bağlayıb.
- Azərbaycanda Məhərrəm ayı başladı
- Belçika - Misir matçında qalib müəyyənləşmədi - Video-Yenilənib
- “Hələlik yekun razılaşma formalaşmayıb”
- Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər+ Video
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniyadan gözlənilməz xal itkisi - Yenilənib
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq