Bir neçə Qərb siyasətçisi Ukraynanı Krımı işğaldan azad etmək planlarının nüvə müharibəsinə gətirib çıxara biləcəyi ilə bağlı xəbərdar edir.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Tamila Taşeva deyib.
“Onlar iddia edir ki, Krım həqiqətən də qaytarıla bilər, lakin potensial nəticələr həm yarımadanın sakinləri, həm də bütövlükdə Ukrayna üçün böyük olacaq. Ona görə də düşünürlər ki, biz gərək onu (Krımı – red.) qaytarmaq cəhdlərindən tamamilə imtina edək.
Rusiyanın taktiki nüvə silahından istifadə edəcəyini düşünmürəm. Çünki Putin başa düşür ki, bu, onun üçün geridönüş nöqtəsi və işğal olunmuş ərazilərdə cinayətkar şəkildə qurduğu bütün sistemin məhv edilməsidir”, - o bildirib.
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!