Türkiyədə baş vermiş zəlzələdə, yanğınlarda, eləcə də digər ölkərdə əməkdaşlarımızın iştirakı o deməkdir ki, Azərbaycanda yaradılan bu qurum - Fövqəladə Hallar Nazirliyi tək Azərbaycan ərazisində deyil, beynəlxalq xilasetmə işlərində də yaxından iştirak edir.
BUTA.TV xəbər verir ki, bu sözləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Heydər Əliyev İli”nə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində deyib.
O qeyd edib ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar nazirliyin 940 əməkdaşı Türkiyəyə ezam olunmuşdu: "Onlar orda çox müxtəlif səpkili yardımlar göstəriblər”.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ümumilikdə ictimaiyyətin diqqətinin məktəblilər arasında fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsi, eləcə də istedadlı gənclərin üzə çıxarılması və onlara dəstəkdir.
Müsabiqəyə "Rəsm", "Plakat", "Əl işi", "Yanğın və xilasetmə texnikasının modeli", "Yumşaq oyuncaq" nominasiyaları üzrə işlər təqdim olunub.
- Azərbaycanda Məhərrəm ayı başladı
- Belçika - Misir matçında qalib müəyyənləşmədi - Video-Yenilənib
- “Hələlik yekun razılaşma formalaşmayıb”
- Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər+ Video
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniyadan gözlənilməz xal itkisi - Yenilənib
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq