Ərəb Liqasının son iclasında Suriyanın ərəb ölkələri sırasına qayıtması məsələsinə müsbət rəy verilsə də, Qətər Dəməşqin siyasəti ilə bağlı öz mövqeyini dəyişmədiyini bəyan edib.
BUTA.TV xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Dohanın Suriya ilə bağı əvvəlki mövqeyində qaldığını, eyni zamanda, Ərəb Liqasının Dəməşqin ərəb ölkələri ailəsinə qayıtması ilə bağlı qərarına etiraz etmədiyini deyib.
Onun sözlərinə görə, Suriya rəhbərliyi, ilk növbədə, ölkə daxilində sabiqlik yaratmalı, öz xalqının birliyini təmin etməlidir.
Qeyd edək ki, ötən həftə Qahirədə keçirilən Ərəb Liqasının iclasında ərəb ölkələrinin xarici işlər nazirləri Suriyanın bu təşkilatda üzvlüyünün bərpasına səs vermişdi. Bu məsələ mayın 19-da Səudiyyə Ərəbistanında keçiriləcək Ərəb Liqası sammitində dövlət başçıları səviyyəsində də müzakirə olunacaq.
- Uruqvay Səudiyyə Ərəbistanını uda bilmədi - Video
- Azərbaycanda Məhərrəm ayı başladı
- Belçika - Misir matçında qalib müəyyənləşmədi - Video-Yenilənib
- “Hələlik yekun razılaşma formalaşmayıb”
- Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər+ Video
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniyadan gözlənilməz xal itkisi - Yenilənib