2022-ci ildə Ermənistandan sığınacaq üçün 968 nəfər müraciət edib ki, bu da 2010-cu ildən bəri ən yüksək rəqəmdir.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti məlumat yayıb.
İddialara görə, Ermənistanda sığınacaq axtaranlar arasında Azərbaycan və Türkiyə vətəndaşları da var.
Bildirilib ki, sığınacaq istəyənlər arasında ilk yerdə Ukrayna vətəndaşları (484 nəfər), ikinci yerdə İraq (198 nəfər), üçüncü yerdə isə İran vətəndaşları (106 nəfər) qərarlaşıb.
“2022-ci ildə bir Azərbaycan vətəndaşı da Ermənistandan sığınacaq istəyib. Sığınacaq istəyənlər arasında Türkiyə vətəndaşları da var. 2022-ci ildə 8 Türkiyə vətəndaşı Ermənistandan sığınacaq istəyib, həmin ildə 1 vətəndaşa sığınacaq verilməyib, 1 vətəndaş qaçqın statusu alıb”, - məlumatda bildirilib.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı