Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Tvitterdə paylaşım edib.
BUTA.TV xəbər verir ki, paylaşımda qeyd olunur:
“Azərbaycanın eks-prezidenti Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə onun 1996-cı il aprelin 22-də Avropa Birliyi ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması zamanı səsləndirdiyi sözləri sitat gətirmək istərdim: “AB və AB-yə üzv dövlətlərin demokratiyanın inkişafı və xalqlarının rifahının yüksəldilməsi sahəsində əldə etdiyi nailiyyətlər digər ölkələr üçün parlaq nümunədir”, - P.Mixalko qeyd edib.
- Niyə “Sədərək” hər yay yanır? - Səbəb
- Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
- Pensiyalara 3 milyard 262 milyon manat vəsait yönəldilib
- 24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı
- Hidayət Orucovun cənazəsi Bakıya gətirildi
- Ağstafada evdə yanğın: ölən var
- Şəmkirdə körpə qızdırmadan öldü
- Rusiya afrikalıları müharibəyə belə cəlb edir