Ümummilli lider Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrə aid vəsiqəsi yayılıb.
BUTA.TV xəbər verir ki, Ümummilli liderin 100 illik yubileyində vəsiqənin surətini Rusiyanın “Milli müdafiə” jurnalı tirajlayıb.
“1 nömrəli vəsiqə”nin 1971-ci ilə aid olduğu ehtimal edilir (vəsiqələrin hər il dəyişdiyini nəzərə alsaq, bu vəsiqənin etibarlılıq müddəti 1971-ci ilin 31 dekabrı olaraq göstərilib).
Eyni zamanda nəşr Heydər Əliyevin iki dəfə Sosialist Əməyi Qəhrəmanı adı aldığını da xatırladıb və Ulu öndərə məxsus, hazırda Heydər Əliyev Mərkəzində saxlanılan Qızıl ulduzların fotosunu təqdim edib.
Qeyd edək ki, Heydər Əliyev Azərbaycan KP MK-nin birinci katibi vəzifəsini 1969-82-ci illərdə daşıyıb.
- Niyə “Sədərək” hər yay yanır? - Səbəb
- Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
- Pensiyalara 3 milyard 262 milyon manat vəsait yönəldilib
- 24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı
- Hidayət Orucovun cənazəsi Bakıya gətirildi
- Ağstafada evdə yanğın: ölən var
- Şəmkirdə körpə qızdırmadan öldü
- Rusiya afrikalıları müharibəyə belə cəlb edir