Mənə Azərbaycan Prezidenti İlham Əliyevdən hər hansı ismarış gəlməyib.
BUTA.TV xəbər verir ki, bu sözləri ATA İttifaqının Türkiyə prezidentliyinə keçmiş namizədi Sinan Oğan “TRT Haber”ə müsahibəsində deyib.
“İlham Əliyev mənə zəng etməyib. Əliyevin belə bir addım atacağı ağlımın ucundan da keçməz. Bizim turançı ruhumuzun ənənəsidir. Könül bağı başqadır. Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin daxili işlərinə qarışa bilməz.
Mənim neft quyumlarımın olduğunu deyirlər. Bizim seçki təşviqatı zamanı avtobusumuzun yanacağı bitmişdi, yanacaqdoldurma məntəqəsinin sahibi yanacağı bizə ödənişsiz verdi. Öz avtobusumusun yanacağı belə yox idi. Kənara qoyun bu iddiaları...” - deyə S.Oğan bildirib.
Qeyd edək ki, Türkiyənin bəzi siyasi dairələri, eləcə də Qərbə bağlı bəzi jurnalist çevrələr Sinan Oğanın guya məhz İlham Əliyevin istəyi ilə Cümhur İttifaqını, Prezident Rəcəb Tayyib Ərdoğanı II turda dəstəklədiyini iddia edir.
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...
- ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...
- Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?