Quql Rusiyanın “Ura.ru” internet xəbər agentliyinin Yutub kanalını silib.
BUTA.TV xəbər verir ki, bu barədə portalın özü məlumat yayıb.
Məlumata görə, bloklanmaya səbəb Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində keçirilən referendumlarla bağlı videoçarxın dərc edilməsi olub:
“Biz ilk xəbərdarlığı mayın 3-də keçən il Xerson vilayəti administrasiyasının Rusiyaya qoşulmaq üçün referendumun keçirilməsi ilə bağlı bəyanatı ilə bağlı videoya görə aldıq. İkincisi isə mayın 12-də Rusiyaya birləşməklə bağlı referendumdan sonra “lxr” və “dxr”da nələrin dəyişəcəyinə dair hekayənin əks olunduğu videodur”.
Kanalın redaktoru qeyd edib ki, kanal mayın 27-də “qaydaların pozulması” ilə üçüncü xəbərdarlıq və avtomatik bloklanma alıb.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...