Müğənni Günel Zeynalova izləyicisinin ona ünvanladığı suala əsəbiləşib.
BUTA.TV xəbər verir ki, sualları cavablandıran sənətçiyə Türkiyədə məşhurlaşmasına kömək edən İbrahim Tatlısəslə bağlı sual ünvanlanıb.
"İbrahimlə bir münasibətiniz var idi, hələ də var" sualı Güneli özündən çıxarıb. O, "Bizim hər zaman ata-qız münasibətimiz olub. İllər keçdikcə daha da gücləndi. O, mənim mənəvi atamdır. Yazdığınızı yanlış anlamaq istəmədim. Ağıllı ol, adam kimi sual ver. Pis niyyətlə soruşdunsa, Allah səni bağışlasın. Cəzanı Allah verər" cavabını verib. Günel daha sonra yeni albom üzərində çalışdığını, orada 20 mahnının yer alacağını deyib.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...