Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə prezidenti seçiləndən sonra ilk səfər edəcəyi ölkə Moldova olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.
Məlumata görə, prezident 1 iyunda Moldovada AB və 20-yə yaxın ölkə liderinin qatılacağı Avropa Siyasi Birliyi iclasında iştirak edəcək.
Qeyd edək ki, bu, Türkiyə Prezidentinin hansısa ölkəyə rəsmi səfəri deyil, Avropa Siyasi Birliyinin iclasında iştirakdır və həmin iclasda Azərbaycan Prezidenti də olacaq və Fransa və Almaniya liderləri Makron və Şoltsun vasitəçiliyi ilə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.
Ərdoğanın 13-cü prezident kimi hələ andiçmə mərasimi keçirilməyib. Onun andiçmə mərasimindən və 13-cü prezident kimi fəaliyyətə başladıqdan sonra gedəcəyi ölkə ilk səfəri olacaq.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...