Ağ Ev Moskva və Moskva vilayətinə pilotsuz təyyarələrin hücumu ilə bağlı məlumatlardan xəbərdardırdır, təfərrüatları öyrənir, Rusiya daxilində hücumları təşviq etmir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının məlumatında deyilir.
"Biz xəbərləri gördük və hələ də baş verənlərlə bağlı məlumat toplayırıq. Ümumiyyətlə, biz Rusiya daxilində hücumları dəstəkləmirik", - bəyanatda deyilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Moskvaya dron hücumları olub. Rusiya rəsmiləri hücumun Ukrayna tərəfindən həyata keçirildiyini iddia edib.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...