İranın Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Mədəniyyət Mərkəzinin bağlanması İrana müxalif farsdilli media və Güney azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.
BUTA.TV xəbər verir ki, bu barədə xaricdə fəaliyyət göstərən İrana müxalif KİV məlumat yayıb.
Sosial media istifadəçiləri Azərbaycan dövlətinin bu hərəkətini alqışlamaqla yanaşı, mərkəzin bağlanmasını “gecikmiş addım” olaraq dəyərləndirib:
“İranın Azərbaycandakı Mədəniyyət Mərkəzi Tehran hakimiyyətinin siyasi-ideoloji təbliğatı və agent cəlbi ilə məşğul olan qurum idi. Başqa ölkələr də Azərbaycanın bu hərəkətini nümunə götürməli, İranın casus yuvalarının fəaliyyətini qadağan etməlidir”.
Qeyd edək ki, İran tərəfi mərkəzin bağlanmasını Azərbaycan hökumətinin tələsik addımı kimi qələmə verib. Rejimin bir sıra media orqanları isə bunun İsrail Prezidenti İshaq Hersoqun Azərbaycana səfəri ilə, təxminən, eyni vaxtda baş verməsinin təsadüf olmadığını iddia ediblər.
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı