Qusarda ağır qəza: ölü və yaralılar var...

11:14 - 4 İyun 2023 - GÜNDƏM

 Qusarda ağır qəza: ölü və yaralılar var...

Qusar rayonunun Çiləgir kəndində ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV Report-a istinadla xəbər verir ki, VAZ-2106 markalı avtomobilin VAZ-2107 markalı avtomobillə toqquşması nəticəsində rayon sakinləri; 1975-ci il təvəllüdlü Ağarzayeva Yeganə Muradrasul qızı ölüb, 1974-cü il təvəllüdlü Ağarzayev Nadir Şahkərəm oğlu və 1981-ci il təvəllüdlü Eyvazov Volodiya Həzrəbək oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Y.Ağarzayevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Bu xəbər hal-hazırda çox oxunur
Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol