Əgər ABŞ ilə münaqişə girsək... - Çin

08:32 - 5 İyun 2023 - GÜNDƏM

 Əgər ABŞ ilə münaqişə girsək... - Çin

Pekin və Vaşinqton arasında qarşıdurma qlobal fəlakətə gətirib çıxara bilər.

BUTA.TV xəbər verir ki, bunu Çinin müdafiə naziri Li Şanfu deyib.

Nazir bildirib ki, Çin Vaşinqtonla dialoqa can atır:

“Beynəlxalq ictimaiyyət sabit münasibətləri səbirsizliklə gözləyir və istənilən potensial münaqişə və ya qarşıdurmadan narahatdır. Çin və ABŞ bir çox cəhətdən bir-birindən fərqlidir. Lakin bu, onların ikitərəfli əlaqələri genişləndirmək və əməkdaşlığı dərinləşdirmək üçün ümumi zəmin və ümumi maraqlar axtarmasına mane olmamalıdır. Pekin Asiya-Sakit okean regionunda təhlükəsizlik sahəsində əməkdaşlıq üçün açıq, inklüziv, şəffaf və bərabərhüquqlu çərçivənin yaradılması üzərində işləməyə hazırdır”.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol