Büdcə xərclərində müdafiə qabiliyyətinin güclənməsini düşünürük. Amma ölkənin içi də gücləndirilməlidir. Bu gün sosial müdafiədə, məmur-vətəndaş münasibətlərində problemlər var, bunu gizlətmək lazım deyil.
BUTA.TV verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, Ordunu gücləndirməklə paralel ölkənin daxilində əhalinin sosial müdafiəsi də gücləndirilməlidir:
“Qazilərə münasibət məsələsi var, onlar hamısı bizim müdafiə sistemimizin içindədir. Mən sual etmək istəyirəm ki, DSMF və İşsizlikdən Sığorta Fonduna artımların neçə faizi bizim burada qaldırdığımız məsələlərin həllinə yönəldiləcək? Biz dəfələrlə qazilərin işsizliyi, ümumiyyətlə işsizlik problemi, məmur-vətəndaş münasibətlərində narahatlıqları qaldırmışıq”.
Deputat ailələrin uşağı uşaq bağçasına qoya bilməməsindən də şikayətlənib:
“Ailə uşağını bağçaya qoymaq üçün qapı-qapı gəzir. Niyə belə olmalıdır? Məktəblərdə uşaqların qəbul olunması qəsdən çətinləşdirilir. Uşaqlar qəsdən rus məktəblərinə yönəldilir”.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?