AB missiyası Cermuk və İcevanda yeni əməliyyat mərkəzləri açacaq.
BUTA.TV xəbər verir ki, bunu AB-nin Ermənistandakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Markus Ritter deyib.
“Missiya yaxın aylarda Cermuk, İcevan və Yeğeqnadzorda (Keşişkənd) üç əlavə əməliyyat mərkəzi açmağı və yaxın gələcəkdə tədricən tam hazır vəziyyətə gətirməyi planlaşdırır”, - o bildirib.
Onun sözlərinə görə, işə başlayandan ilk üç ay ərzində missiya Gorus, Cermuk və Göyçədəki Aşağı Qaranlıq (indi adını dəyişib Martuni ediblər – red.) mərkəzlərindən ümumilikdə 300-dən çox patrul xidməti həyata keçirib:
“Patrullar hər həftə 3800 km-dən çox məsafə qət edirlər. Məqsədimiz digər məsələlərlə yanaşı, sərhədyanı ərazilərdə təhlükəsizliyin sabitləşməsinə töhfə verməkdir. Vəziyyətin müəyyən qədər sabitləşməsinə töhfə verilib. Bununla belə, vəziyyət hələ də qeyri-sabitdir”.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?