Rusiya baş nazirinin müavini Overçukun açıqlamasından suallar yaranır: Ermənistan tərəfdən sərhəd və gömrük xidməti necə həyata keçiriləcək, bu, Ermənistanın sərhədçiləri və gömrükçüləri olacaq, yoxsa nəzarəti Rusiya həyata keçirəcək? Azərbaycan və Ermənistan Ümumdünya Gömrük Təşkilatının dəstəyindən yararlanacaqlarmı?
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya baş nazirinin müavini Aleksey Overçukun 2 iyunda Moskvada keçirilən görüşdə əldə edilən razılıqlar barədə açıqlaması haqqında qeyd edib.
Politoloq bildirib ki, bu sual Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mayın 14-də Brüsseldə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə Ümumdünya Gömrük Təşkilatının imkanlarından istifadə edilməsi barədə şifahi razılıq əldə edildiyi üçün aktualdır:
“Bu barədə görüşdən sonra Şarl Mişelin açıqlaması olmuşdu. Overçuk Mişeldən fərqli olaraq, açıqlamasında Ümumdünya Gömrük Təşkilatının adını çəkməyib. Deməli, Moskva bu təşkilatın Ermənistanla Azərbaycan arasında gömrük fəaliyyəti göstərməsinin əleyhinədir, özünü bu rolda görür”.
Qeyd edək ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk görüşlə bağlı açıqlamasında tərəflərin yüklərin daşınmasında gömrük nəzarətinin necə həyata keçiriləcəyi ilə bağlı razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, bu, dəmir yolu, pasport, sərhəd, gömrük nəzarəti olan adi sərhəd olacaq.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?