Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşdirilən rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçıların lideri Araik Arutyunyan siyasətçi Zaruhi Postancyanı məhkəməyə verib.
BUTA.TV xəbər verir ki, bu barədə Postancyan erməni mediasına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Arutyunyan 7 mayda paylaşdığı 3 dəqiqə 2 saniyəlik görüntülərə görə məhkəməyə verilib. O görüntülərdə Arutyunyanın Göyçə gölünün sahilində olan dəbdəbəli mülkündən bəhs edilir. Arutyunyan şərəf və ləyaqətinin bu video ilə alçaldılmasından narazıdır.
Postancyan deyib ki, hazırda “blokada”da olan Xankəndidən məhkəmə çağırışın gəlməsinə görə təəccüblənib:
“Əvvəla, Arutyunyan bunu niyə şərəf və ləyaqətin alçaldılması kimi anlayıb? İkincisi, Qarabağ blokadadırsa, bu məhkəmə çağırışı necə gəlib?”
Postancyan deyib ki, məhkəmədə iştirak etmək üçün Xankəndiyə gedəcək.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi