"Azərbaycan" qəzetinin çapı dayandırıla bilər.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov iyunun 13-də parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün “Azərbaycan” qəzetinə abunə olanların sayı azalıb:
"Hazırda abunə təxminən 5 minə yaxındır. Halbuki 12 mindən yuxarı olduqda səmərə verir. Əgər heç bir dəstək olmasa, qəzetin çapı dayandırılacaq. Çünki Milli Məclisin "Dövlət satınalmaları haqqında" qanunda dəyişikliklər etməsi ilə reklam bazarı üzümüzə bağlandı. Dünya praktikasına görə, qəzetlər öz yaşayışlarının 75 %-ni reklam, 25 %-ni isə satış gəlirlərindən formalaşdırırlar. İndi bütün bunlar bizim üçün demək olar ki, yox dərəcəsindədir. Ötən il müraciətimiz əsasında bizə əvvəlki illə birgə 800 min manat həcmində birdəfəlik yardım göstərildi. Lakin bu da yetərli olmadı. Bu il qəzetin yaşadılması üçün Milli Məclisə müraciət etdim, verilən cavabdan bəlli oldu ki, heç bir yardım mümkün deyil. Halbuki Milli Məclisin təsdiqlədiyi nizamnaməmizin müvafiq bəndinə əsasən, qəzetin maliyyə və texniki təchizat məsələləri parlament tərəfindən həll olunur. Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını verə bilmir. Çünki hər il ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı göstərilməlidir. Əks təqdirdə qəzetin çapı dayandırılacaq. Redaksiyamızda 65 yaradıcı və texniki heyət çalışır. Qəzetin çapının dayandırılacağı təqdirdə onların aidiyyəti qurumlarda yerləşdirilməsini xahiş edirəm”.
Milli Məclisin spikeri Sahibə Qafarova isə Bəxtiyar Sadıqova cavab olaraq bildirib ki, Milli Məclis son üç ildə hər zaman qəzetə dəstək olub:
“Siz iş prosesini zamanın tələblərinə uyğun qurmalısınız. Aidiyyəti qurumlar da sizinlə danışıblar. Düşünürəm ki, səsləndirdiyiniz təklifləri də həyata keçirmək lazımdır”.
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub