Oğuzda ağır qəza: sərnişin öldü

20:00 - 13 İyun 2023 - GÜNDƏM

 Oğuzda ağır qəza: sərnişin öldü

Oğuz rayonunda ağır yol qəzası baş verib.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuzun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"da olan bir sərnişin hadisə yerində keçinib. Qəza zamanı hər iki avtomobildə olan bir-neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbər hal-hazırda çox oxunur
Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol