Bunlar baş verir: ukraynalılar hücuma keçiblər. Onlar hər şeyi çox səliqəli şəkildə edirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri “Vaqner” muzdlu hərbi qrupun rəhbəri Yevgeni Priqojin tərəfdarlarına Ukraynanın hücumunu şərh edərkən deyib.
O bildirib ki, Ukrayna ordusu Zaporojye istiqamətində qüvvələrini toplayıb:
“Hazırda onlar özlərinin sol (bizim sağ) cinahını qoruyurlar – özləri 100 km məsafədə deyir, məncə, daha artıqdır. Onlar səliqəli, sakit hərəkət edirlər. İndiyə qədər 2 “Leopard” və bir neçə “Bradley” itiriblər. Düzünü desək, bu, adi hərbi itkidir. Bunu piar üçün demirəm, istəyirəm, vəziyyəti doğru qiymətləndirək. Buna görə də sevinmək çox tezdir, səfərbər olmaq lazımdır. Anlamalıyıq ki, onlar ya başlarından güllə alana, ya da özləri nəticə əldə edənə qədər dayanmayacaqlar. Mənim qiymətləndirməmə görə, yerlərdə olan hərbçilər kifayət qədər müqavimət göstərmirlər”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu