Gürcüstan parlamenti “Gürcüstan hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” sazişi ratifikasiya edib.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
“Sazişin müəyyən etdiyi əməkdaşlıq sahələri bunlardır: hərbi təhsil, təlimlər, müdafiə və təhlükəsizlik siyasəti, NATO Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlıq, hərbi qanunvericilik, hərbi topoqrafiya, hərbi tibb, müdafiə kibertəhlükəsizliyi, sosial, idman və mədəni tədbirlər”, - müqavilənin şərhində deyilir.
Sənəd tərəflər arasında rəsmi səfərlər və işçi görüşlər, ikitərəfli danışıqlar, məsləhətləşmələr, təcrübə mübadiləsi, ümumi maraq doğuran məlumat mübadiləsi, konfrans və seminarlarda iştirak kimi formatlarda əməkdaşlığı nəzərdə tutur.
Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında saziş aprel ayında Bakıda rəsmiləşdirilib. Sənədi Gürcüstan tərəfindən müdafiə naziri Cuanşer Burçuladze, Azərbaycan tərəfindən isə müdafiə naziri Zakir Həsənov imzalayıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu