Qaradağ rayonu, Lökbatan qəsəbəsi - 2-ci massivdə artıq 10 günə yaxındır ki, su təchizatında problem yaranıb.
BUTA.TV xəbər verir ki, bu barədə Yenipress.az-a qəsəbə sakinləri məlumat verib.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə Azərsu ASC-yə müraciət edilsə də heç bir nəticə yoxdur:
“Ötən gün su 1 saata yaxın çox zəif formada verildi. Amma bu, su ilə bağlı problemi həll etmir”.
Azərsu ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı açıqlamasında bildirib ki, bir müddətdir ölkə ərazisində baş verən sel və daşqınlar səbəbi ilə Kür çayında suyun bulanılığı artmışdı:
“Buna görə də Kürdən Səngəçala, Bakı istiqamətində verilən suyun həcmində azalma müşahidə edilib. Bu da içməli suyun təchizatında müəyyən problemlər yaradıb. Artıq problemin həlli istiqamətində işlər aparılır. Yaxın müddətdə problem öz həllini tapacaq”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu