16-27 avqust tarixlərində Qərbi Azərbaycanın Urmiya şəhərində Voleybol üzrə Asiya çempionatı keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə əyalət valisi Məhəmməd Sadiq Mötəmedian məlumat verib.
Məlumata görə, Urmiya 18 ölkənin komandalarının iştirakı ilə keçiriləcək çempionata tam hazırdır.
Qeyd edək ki, Qərbi Azərbaycan əyaləti, özəlliklə Urmiya şəhəri İranda voleybol şəhəri kimi tanınır. Urmiyanın voleybol klublarının oyunçuları İranın milli yığma komandasında olmaqla yanaşı dünyanın müxtəlif tanınmış klublarında da çıxış edirlər.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu