Ərdoğanın Bakı səfəri ilk növbədə böyük simvolik əhəmiyyətə malikdir. Çünki bu yolla yenidən seçilən Türkiyə prezidenti əsas dost ölkəsini, əsas müttəfiqini göstərdi.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Burada düstur “Bir millət, iki ölkə”dir. Ərdoğan bir növ dost, müttəfiq dövlətlər məkanı yaratmaq arzusundadır. Və bunda təbii ki, Azərbaycan əsas yerlərdən birini tutacaq”, - o bildirib.
Markov qeyd edib ki, Əliyevlə Ərdoğanın görüşü çətin ki, aktual olan Zəngəzur dəhlizi prosesinin irəliləməsində güclü rol oynasın:
“Burada artıq başqa bir sual yaranıb: indi bu dəhlizin ekstraterritorallığı, yəni insanların və malların hərəkətinin təhlükəsizliyi ilə Ermənistanın suverenliyi arasında korrelyasiya məsələsini həll etmək lazımdır. Bu, erməni millətçiləri tərəfindən düşmənçilik kimi qəbul edilir. Hələlik bu problemin ictimai həlli yoxdur”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu